...

ARDNŞ payızda dəniz yatağında yeni neft quyusu istifadəyə verəcək

Energetika Materials 26 Avqust 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bail limanı" Dəniz Qazıma İşləri İdarəsi oktyabrın əvvəlində "Günəşli-15" platformasında yeni neft istismar quyusu üzrə qazma işlərini başa çatdıracaq. Bu barədə çərşənbə axşamı İdarədən bildiriblər.

"Hələ daha 600 metr qalıb, düşünürəm ki, bu, ay yarım vaxt aparacaq", - deyə İdarə nümayəndəsi bildirib. Quyunun layihə dərinliyi 3950 metr təşkil edir.

"Günəşli" ARDNŞ-in müstəqil işlətdiyi ən iri neft-qaz yatağıdır. ARDNŞ tərəfindən hasil edilən nefin 60 faizi , qazın isə 70 faizi yatağın payına düşür.

Yeni quyuların qazılması "Günəşli" dəniz neft-qaz yatağının işlənməsi ilə məşğul olan "28 may" Neft-Qaz Çıxarma İdərəsinin ARDNŞ tərəfindən təsdiq edilən 2008-2010-cu illər üzrə inkişaf proqramı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neft hasilatının stabilləşdirilməsi və təbii qaz hasilatı həcminin artırılması planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti