...

Türkiyə Azərbaycan qazının idxalını artırıb

Energetika Materials 27 Avqust 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust/ Trend /Yanvar-iyulda Türkiyənin Botas dövlət boru kəməri şirkəti Azərbaycandan 2,62 milyard kubmetr qaz idxal edib ki, bu da bütün 2007-ci il ərzində təchiz edildiyindən 1,34 milyard kubmetr çoxdur, - şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Azərbaycan "Şahdəniz" yatağında hasil edilən qazı Türkiyəyə Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac edir.  

Yanvar-iyulda ümumilikdə Botas Türkiyəyə müxtəlif mənbələrdən 22,8 milyard kubmetr qaz idxal edib. 2007-ci ildə bu göstərici 36,5 milyard kubmetr olub. Bu müddət ərzində Rusiyadan Türkiyəyə14,08 milyard kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin göstəricisindən 9  milyard kubmetr azdır. Türkiyə İrandan 2,3 milyard kubmetr qaz idxal edib. Ötən ilin göstəricisi isə 6,2 milyard kubmetr olub.

Yanvar-iyulda Türkiyə Əlcəzair və Nigeriyadan, müvafiq olaraq, 2,74 milyard kubmetr və 717 mln. kub- metr sıxılmış təbii qaz idxal edib.

"Şahdəniz"yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları: BP (operator), - 25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti