...

Azərbaycan neftinin qiyməti düşüb

Energetika Materials 3 Sentyabr 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir A.Bədəlova / Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin sentyabrın 2-də qiyməti 1 barel üçün 108,4 dollar təşkil edib. 1997- ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətdə 1 barrel üçün 2,62 dollar düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ -dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın sentyabrın 2-də qiyməti 1 barel üçün 106,7 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 2,47 dollar azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Sentyabrın 2-də URALS neftinin qiyməti 1 barel üçün 103,49 dollar təşkil edib. Bu,əvvəlki qiymətdən 2,64 dollar azdır.

Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünün sentyabrın 2-də qiyməti 1 barel üçün 105,36 dollar təşkil edib və bu, əvvəlki qiymətdən 2,42 dollar azdır.

Xəbər lenti

Xəbər lenti