...

ARDNŞ-in İstismarda olan quyular Fondu azalıb

Energetika Materials 5 Sentyabr 2008 04:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr / Trend / ARDNŞ-in İstismarda olan quyular Fondu 2008-ci ilin 1 sentyabra olan məlumata əsasən 6052 quyu təşkil edir (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla). Bu barədə ARDNŞ-dən verilən məlumatda bildirilir. Ötən ilin müvafiq göstəricisi 6172 quyu olub.

Ümumi saydan 4798 quyu fəaliyyətdə olan fonda yer alır (ötən ilin müvafiq tarixinə əsasən olan göstərici - 4893), 1237 quyu isə fəaliyyətdə olmayan fonddadır (ötən ilin müvafiq tarixinə əsasən olan göstərici - 1264), 17 quyu isə kəşfiyyət mərhələsindədir (ötən ilin müvafiq tarixinə əsasən olan göstərici - 15).

Xəbər lenti

Xəbər lenti