...

ARDNŞ avqustda Gürcüstana 35,6 mln. kubmetr qaz tədarük edib

Energetika Materials 6 Sentyabr 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 sentyabr / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) aprel-avqustda Gürcüstana 160 mln. kubmetr qaz ixrac edib. Bu barədə ARDNŞ - dən məlumat verilib. Avqustda ixrac həcmi 35,6 mln. kubmetr təşkil edib. Gürcüstana qaz ixracına apreldə başlanıb.

Gürcüstana sutkada 1,2-1,5 mln. kubmetr qaz tədarük olunur. ARDNŞ öz yataqlarından hasil etdiyi şəxsi qaza malikdir.

May ayında ARDNŞ İrana 30 mln. kubmetr şəxsi təbii qaz tədarük edib. Bu tədarüklər "Azəriqaz" QSC-nin boru kəmərləri vasitəsilə həyata keçirilir. İrana qazın min kubmetri 300 dollara tədarük olunur.

Azərbaycan və İranı 1474,5 km uzunluğunda Qazıməhəmməd -Astara-Bind-Biand qaz kəməri bağlayır. Onun Azərbaycan ərazisindən keçən hissəsinin uzunluğu 296,5 kilometrdir. Kəmərin buraxma gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilmiş Qazax-Astara-İran boru kəmərinin bir qoludur.Kəmərin marşrutu boyunca - Qazıməhəmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqli sistemi 55 atm. təzyiqə hesablanıb. Boru kəmərinin diametri 1200 mm - dir.

Xəbər lenti

Xəbər lenti