Azərbaycan, Bakı, 16 sentyabr / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tender elan edib. Bu barədə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
Məlumatda deyilir ki, 1 mln. barel həcmində olan neft partiyası oktyabrın 20-25-də göndəriləcək. Tenderə sentyabrın 19-da yekun vurulacaq və nəticələr sentyabrın 20-də elan olunacaq.