Gürcüstan, Tbilisi, 23 sentyabr/ Trend / Gürcüstan Türkiyədən elektrik enerjisi idxalını bərpa edib, - elektrik enerjisi sisteminin kommersiya operatorunun mətbuat xidmətindən bildiriblər. Sutkada idxal edilən elektrik enerjisinin həcmi 1,118 mln. kVt/saata bərabərdir.
Elektrik enerjisinin idxalı ikitərəfli saziş əsasında həyata keçilir və mövsümi mübadiləni nəzərdə tutur. Gürcüstan Türkiyədən başqa, Rusiya və Azərbaycanla elektrik enerjisinin idxal-ixracını həyata keçirir.