...

Azərbaycan qazı: Rusiyadan Türkiyəyə

Energetika Materials 25 Sentyabr 2008 16:19 (UTC +04:00)
Azərbaycan qazı: Rusiyadan Türkiyəyə

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbir S.Əliyev/Azərbaycan qazın Rusiyaya əvəz edilmə əsasında tədarük edilməsinin mümkünlüyünü nəzərdən keçirməkdə davam edir. Azərbaycan qazının uzunmüddətli müqavilə əsasında bazar qiymətləri üzrə alınması ilə bağlı təklif, iyunun əvvəlində Rusiyanın "Qazprom"şirkətinin rəhbəri Aleksey Millerin, şirkətin nümayəndə heyəti ilə Bakıya səfərində, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə edilib.  

"Biz qazı"Qazprom"un işlədiyi Azərbaycanda və eləcə  də digər ölkələrdə bazar qiymətləri prinsipi əsasında və mümkün maksimal həcmdə almağa hazırıq", - o vaxt Miller Bakıda deyib.

SOCAR şirkətinin nümayəndələrinin qeyd etdiyinə görə, "Qazprom" ilə qazın Türkiyəyə çatdırılması üzrə svop müqavilənin bağlanması mümkündür. Məsələ ondadır ki, SOCAR Turcas Petrol və Injaz Projects şirkətləri ilə birgə Alyansda Türkiyənin neft - kimya Holdinqi Petkim -in 51 faiz iştirak payını alıb. Bu iri müəssisə çoxlu qazın yandırılmasını tələb edəcək. Azərbaycan bu neft - kimya müəssisəsini qazla təmin etmək üçün Dağıstanla sərhəddə Rusiyaya sata və əvəzində Türkiyədə Rusiya qazını ala bilər. Qaz, Azərbaycanın 2007-ci ilədək Rusiyadan ildə 4,5 milyard kubmetr yanacaq idxal etdiyi Mozdok - Qazı-Məmməd qaz kəməri vasitəsilə çatdırıla bilər.

Bu layihənin cəlbediciliyi qazın dəyəri ilə bağlı ola bilər. Hazırda Türkiyəyə "Şahdəniz"qaz kondensatı yatağında xarici şirkətlər Konsorsiumunun hasil etdiyi Azərbaycan qazı tədarük edilir. "Şahdəniz"layihəsinin birinci mərhələsinin işlənməsi üzrə müqaviləyə əsasən, Türkiyə qazı Gürcüstanla sərhəddə -- Bakı - Tbilisi - Ərzurum boru kəməri vasitəsilə alır.

Türkiyənin daxili bazarında qazın qiyməti kifayət qədər yüksəkdir. Sənaye müəssisələri üçün qazın qiyməti 1000 kubmetrə görə $500 - dır (1 kubmetr üçün 0,6 YTL  - BOTAS şirkətinin rəsmi saytından götürülmüş məlumat). Rusiya ilə müqavilənin imzalanması Azərbaycana qazı aşağı qiymətə almağa və onu Petkim Holdinqinin müəssisələrində istifadə etməyə imkan verə bilər.

Bununla yanaşı, Azərbaycan təkcə "Şahdəniz"yatağında hasil edilən qazın bir hissəsini yox, həm də SOCAR - ın, xarici tərəfdaşların iştirakı olmadan, müstəqil işlədiyi yataqlardan hasil etdiyi qazı da sata bilər. SOCAR cari ildə öz qaz hasilatını xeyli artırmaq niyyətindədir. Proqnozlara əsasən, 2008 - ci ildə SOCAR-ın qaz hasilatı səkkiz milyard kubmetr təşkil edəcək. Bu göstərici 2007 - ci ildə altı milyard kubmetr olub. Bundan başqa, Azərbaycan "Azəri - Çıraq - Günəşli"yataqlarında yüngül neftlə birgə hasil edilən səmt qazını da əldə edə bilər.

Xarici tərəfdaşların qazı Rusiyaya "Şahdəniz"layihəsi üzrə nəql etməsi az güman ediləndir. Hər şeydən əvvəl ona görə ki, bu, "Şahdəniz"layihəsinin bir hissəsi olan və $1 milyarda başa gələn Cənubi Qafqaz boru kəmərinin (Bakı -Tbilisi - Ərzurum) olması ilə izah edilir. Bundan başqa, hazırda Avropa İttifaqı və ABŞ -ın dəstəklədiyi Avropaya qazın tədarük edilməsi marşrutlarının diversifikasiyası məsələsi kəskin şəkildə özünü göstərir.

"Şahdəniz"layihəsinin ikinci mərhələsində qaz hasilatının 20 milyard kubmetrə çatacağı gözlənilir. Lakin bəzi ekspertlərin qiymətləndirmələrinə görə, hasilat həcmi 30 milyard kubmetrə çatdırıla bilər. Bu qazın Avropaya nəqli məsələsi nəzərdən keçirilir. Bunun üçün Azərbaycan Türkiyə ilə tarnzit razılaşması bağlamalıdır ki, bu da Azərbaycana qazın bu ölkə vasitəsilə nəqlinə və "Şahdəniz"Konsorsiumunun satıcısı qismində iştirakçısı olmağa imkan verəcək.

Əvvəllər Yunanstanın İnkişaf naziri Xristis Folias bəyan edib ki, Afina və Bakı  2009 - cu ilin aprelindən ildə bir milyard kubmetr qazın tədarük edilməsi barədə razılığa gəliblər. Bu halda Azərbaycan qazının tədarükü həm də birbaşa həyata keçiriləcək; qazın satıcısı kimi Azərbaycan özü çıxış edəcək. Beləliklə, bu müddətədək Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə tranziti üzrə müqavilənin imzalanacağını gözləmək lazımdır.

Belə razılaşmanın olması Xəzər qazının Avropaya tədarükü üzrə mümkün nəqliyyat marşrutlarına inamı xeyli artıracaq. Bu təkcə "Nabukko"qaz kəmərinə yox, həm də TAR (Trans-Adriatik qaz kəməri) və TGİ (Türkiyə - Yunanıstan - İtaliya) marşrutlarına aiddir.   

Xəbər lenti

Xəbər lenti