...

Azərbaycanda koks istehsalı bir neçə dəfə artıb

Energetika Materials 7 Oktyabr 2008 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr/ Trend / Cari ilin yanvar - sentyabrında SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirəkti) tərkibinə daxil olan H.Əliyev adına Bakı Neft Emalı Zavodunda (Keçmiş "Azneftyanacaq") 140,80 min ton neft koksu istehsal olunub. Bu göstərici 2007-ci ilin analoji dövründə 53,45 min tona (2,6 dəfə çox) bərabər olub. Bu barədə SOCAR-dan məlumat verilib.

2007 - ci ildə neft koksu istehsalının ümumi həcmi 85 min ton təşkil edib.

2006 - cı ildə 67,24 min ton neft koksu istehsal olunb. 2005 - ci ildə müəssisdə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas alıcıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti