...

OPEK 2009 - cu il üçün dünyanın neftə olan tələbatının proqnoz artımını azaldıb

Energetika Materials 16 Oktyabr 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir A.Bədəlova/ OPEK 2009 - cu il üçün dünyanın neftə olan tələbatının proqnoz artımını sutkada 0,1 mln. barel və 2008 - ci il üçün  sutkada 0,33 mln. barel azaldıb. Kartelin neft bazarı üzrə dərc etdiyi məruzədəki yeni proqnozlara əsasən, növbəti ildə dünyanın xammal tələbatı sutkada 0,8 mln. bareldən 87,2 mln.barelədək artacaq. Bu il neft tələbatı 0,55 mln.artımla, sutkada 86,5 mln.barel təşkil edəcək.

OPEK- in proqnozlarına əsasən, 2008 - ci ilin dördüncü rübündə dünyanın neftə tələbatı sutkada 88,01 mln.barel olacaq.

Məruzədə qeyd edildiyinə görə, 2009 -cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neftə tələbat sutkada 0,4 mln.barel azalaraq sutkada 47,92 mln.barel olacaq.

Növbəti ilin birinci rübündə bu ölkələrdə neftə tələbat sutkada 48,62 mln.barel, ikinci rübdə 46,74 mln.barel, üçüncü rübdə 46,91 mln.barel, dördüncü rübdə 49,39 mln.barel təşkil edəcək.

2008 - ci ilin son rübündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neftə tələbat sutkada 49,65 mln.barel olacaq.

2009 -cu ildə bu təşkilata daxil olmayan ölkələrdə karbohidrogen xammalının bu növünə olan tələbat 1,1 mln. barel artacaq. Daha çox artım Çində, Yaxın Şərqdə və Hindistanda müşahidə ediləcək.

OPEK - in proqnozlarına görə, 2009 -cu ildə keçmiş Sovet İttifaqı ölkələrində neftə tələbat 1,65 faiz - sutkada 4,17 mln. barel artacaq. Bu proqnoz  2008 - ci ildə 4,1 mln. barel olub.  

Xəbər lenti

Xəbər lenti