...

Avropa İttifaqı vahid enerji siyasəti hazırlamalıdır – amerikalı diplomat

Energetika Materials 28 Oktyabr 2008 19:37 (UTC +04:00)

Budapeşt, Macarıstan, 28 oktyabr/ Trend , müxbir S.Əliyev/ ABŞ Dövlət Departamentinin Avropa İttifaqı işləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey (Boyden Gray) hesab edir ki, dünyadakı enerji problemləri dünya maliyyə böhranında əsas rollardan birini oynayır.

"Bu məsələlərin həlli yaxın gələcəkdə mühüm rol oynamalıdır", - Trend -ın görüşdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, bu barədə Qrey çərşənbə axşamı Budapeştdə keçirilən III enerji forumunda bildirib.

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsinin sözlərinə görə, Avropa İttifaqı vahid enerji siyasəti, enerji daşıyıcıları tədarükünün diversifikasiyası üsulları hazırlamalıdır.

"Avropaya, qaz, neft və elektrik enerjisi də daxil olmaqla, müxtəlif enerji növlərinin tədarükünün diversifikasiyası lazımdır", - deyə Qrey bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti