Azərbaycan, Bakı, 30 oktyabr/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light növlü şəxsi neft partiyasının satışına tender elan edib,- SOCAR-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
Bir mln. barel həcmində neft partiyası dekabrın 1- 5 - də göndəriləcək. Tenderin nəticələri noyabrın 1 - də açıqlanacaq, - məlumatda bildirilir.