Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir S.Əliyev/ BP şirkəti qərb ixrac marşrutu - Bakı-Supsa boru kəmərini istifadəyə verib. Bu bardə çərşənbə günü "BP Azerbaijan" şirkətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
BP Bakı - Supsa boru kəmərinə operatorluq edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatorudur.
Cari ilin 11-12 noyabrında SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) bu marşrut üzrə 60 min barel həcmində şəxsi neft partiyasını (təqribən iki il ərzində ilk dəfə) nəql etmək niyyətindədir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev əvvəllər bildirib ki, Bakı - Supsa neft kəməri boru kəmərinin Gürcüstan hissəsinin yoxlanılması və onun təhlükəsizliyinə dair zəmanətin verilməsindən sonra işləməyə başlayacaq.
BP şirkəti Bakı - Supsa neft kəmərinin doldrulması üzrə işləri avqustun əvvəlində gürcü - osetin münaqişəsinə görə (Supsa Gürcüstanın Qara dəniz sahillərində yerləşir) dayandırıb.
Boru kəməri 2006 - cı ilin sonundan təmirdə olub. Cari ilin ortalarında bu boru kəmərinin neftlə doldurulmasına başlanıb, lakin gürcü - osetin münaqişəsinə görə bu proses dayandırılıb.
Bakı - Supsa boru kəməri ilə işlər dayandırılanadək, bu boru kəməri ilə ABƏŞ -in "Azəri - Çıraq -Günəşli" yataqları blokundan hasil etdiyi yüngül neft nəql olunurdu.
Məqalə müəllifi ilə əlaqə ünvanı - capital