Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir R.Novruzov / Azərbaycanda keçiriləcək Enenrji sammitində ABŞ energetika naziri Semuel Bodman ilə təmsil olunacaq.
"Biz nazirin proqramını və dəqiq səfər tarixini dəqiqləşdririk", - deyə Trend - a cümə axşamı ABŞ -ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti rəhbəri Terri Devidson bildirib.
Noyabrın 14 -də Azərbaycanda keçirilməsi nəzərdə tutulan Enerji sammitində enerji təchizatı və bu sahədə ölkələrin əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bu artıq üçüncü Enenji sammitindir. Burada Polşa, Türkiyə, Ukrayna, Litva, Estoniya, Latviya və Rumıniya prezidentlərinin iştirakı gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]