...

BP şirkəti "Şahdəniz" yatağında yeni quyunun qazılmasını davam etdirir

Energetika Materials 6 Noyabr 2008 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir S.Əliyev/ BP şirkəti Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağında yeni qiymətləndirici yatağın qazılmasını davam etdirir. Hazırda quyunun dərinliyi 5500 metrdən çoxdur. Layihə dərinliyi isə 6568 metrə bərabərdir, - işlərə yaxın mənbə cümə axşamı bildirib.

Onun sözlərinə görə, qazma ağır gedir.

Qazma işlərini "İstiqlal" qazma qurğusundan Caspian Drilling Company (CDC) Azərbaycan - Amerika Birgə Müəssisəsi aparır. CDC BP-nin "Şahdəniz" layihəsi üzrə qazma podratçısıdır.

"Şahdəniz"də SDX-5 quyusunun qazılması yatağın hazırda 1,2 trln. kumbetrə çatan ehtiyatlarını dəqiqləşdirməyə imkan verəcək.

"Şahdəniz" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator) - 25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 aiz ,  - SOCAR - 10 faiz.  

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti