...

Aİ-nin energetika üzrə komissarı Bakıya gəlib

Energetika Materials 7 Noyabr 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend / Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Andris Piebalqs Bakıya gəlib. Bu barədə cümə axşamı Avropa Komissiyasının Bakı Ofisindən bildiriblər.

Aİ komissarının Bakıya səfəri zamanı, Aİ regiondan qaz idxalı məsələsi üzrə səylərini Azərbaycana nümayiş etdirmək niyyətindədir.

Avropa Azərbaycan və Türkmənistan qazına böyük ümidlər bəsləyir. Azərbaycanın qaz ehtiyatları təqribən iki trln. kubmetr təşkil edir. Əsas ixrac qazının hasilatı "Şahdəniz" yatağında həyata keçirilir. Qaz Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə ixrac olunur. Azərbaycan Avropa bazarına da qaz ixrac edə bilər, lakin bunun üçün Türkiyə ilə tranzit müqaviləsi imzalamaq lazımdır. 2013-cu ildə istifadəyə veriləcək "Nabukko" boru kəməri qismən Azərbaycan qazı hesabına təmin olunacaq.

Türkmən qazının Azərbaycan ərazisindən keçməklə Avropa bazarlarına tədarükü üçün Xəzərin dibi ilə (Transxzər boru kəməri) illik gücü 20 mlrd. kubmetri üstəliyən qaz kəməri tikilməlidir.

Səfər zamanı noyabrın 14-də Bakıda keçiriləcək Enerji sammitinə hazırlıq məsələlərinin müzakirəsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti