Azərbaycan, Bakı, 14 noyabr/ Trend / Azərbaycan və Qazaxıstan cümə günü Bakıda Xəzər neft nəqli sisteminin yaradılması barədə saziş imzalayıblar. Sənədi Azərbaycan tərəfindən SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev, Qazaxıstan tərəfindən isə "KazMunayqaz" şirkətinin prezidenti Kairgəldi Kabıldin imzalayıblar.
Birinici mərhələdə sistemdən istifadə sutkada 500 min barel neftin nəql olunmasına imkan verəcək, sonrakı mərhələlərdə isə nəql imkanları sutkada 750 - 1,200,000
barel neftə çatdırılacaq. Sistemin yaradılmsının 2012-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Neftin Qazaxıstandan Azərbaycan ərazisi üzrə nəqlinə dair müqavilə 2006-cı il iyunun 16-da imzalanıb. Ehtiyat bazası "Kaşaqan" və "Tengiz" yataqları, həmçinin digər dəniz layihələridir.
İlin sonunda Eskene-Kurık boru kəmərinin texniki-iqtisadi əsəslandırılmasının hazırlanması başa çatdırılacaq.
İldə təqribən 20 mln. ton gücündə olan boru kəmərinin ilkin dəyəri birinci mərhələdə təqribən 1,3-1,4 mlrd. dollar təşkil edəcək.
Neft Qazaxıstanın Kurık limanından tankerlərlə Bakıya tədarük olunacaq. Hər tankerin dəyəri 70-80 mln. dollar səviyyəsində nəzərdə tutulur, həmçinin hər tankerin 5 mln. tonadək neft daşıyacağı planlaşdırılır. Tankerlərin dedveyti təqribən 60 min ton həcmində nəzərdə tutulur.