...

Ukrayna Azərbaycana Qara dəniz sahilində NEZ tikməyi təklif edir

Energetika Materials 18 Noyabr 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir E.İsmayılov/ "Ukraynada neft emalı zavodunun yaradılması ideyası SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) tədqiqi mərhələsindədir", - deyə çərşənbə axşamı keçirilən mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bildirib.

Diplomatın sözlərinə görə, bir neçə variant nəzərdən keçirilir. "Bunlar arasında həm Odessa - Brodı neft kəməri layihəsi ilə bağlı, həm də onunla bağlı olmayan variantlar var", - deyə Klimçuk bildirib.

Variantlardan biri SOCAR-ın Qara dəniz sahilində neft emalı zavodunun (NEZ) tikintisidir. "Bu mövqe hidrokrekinqin təşkili üzrə böyük texnoloji üstünlüyə malik olduğundan, böyük həcmdə su tələb olunur", - deyə səfir qeyd edib.

Ukraynanın iri neft hasilatı müəssisəsi "Ukrnafta" yüngül və ağır Azərbaycan neftinin emalı üzrə birgə müəssisənin yaradılmasına dair SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) ilə artıq danışıqlar aparıb. Ukrayna tərəfindən BM - də iki müəssisə "Qaliçina" və "Naftoximik Prikarpatya" iştirak edə bilər. BM "Avro-3" standartları üzrə benzin istehsal etməyi planlaşdırır.

Hazırda Azərbaycan "Azəri - Çıraq - Günəşli" yataqları blokundan cari ildə əvvəllər hasil edilən təqribən 900 min barelə nisbətdə təxminən 600 min barel yüngül neft hasıl edir. Azeri Light növlü neft hasilatının müvəqqəti azalması qaz sızması nəticəsində AÇG-də hasilat platformalarından birində işlərin dayandırılması ilə bağlıdır.

SOCAR şirkəti quru və dəniz yataqlarında xarici tərəfdaşların iştirakı olmadan, şəxsi vəsaitləri hesabına hər il təqribən doqquz mln. ton neft hasil edir.

"Ukrnafta" Ukraynada ümumi hasilat həcmi üzrə neft və qaz kondensatının 75 faizini təmin edir. Şirkətin ixtiyarında 316 yanacaqdoldurma məntəqəsi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı - capital

Xəbər lenti

Xəbər lenti