...

Azərbaycan transmilli boru kəmərlərinin təhlükəsizliyi üzrə Türkmənistanın təşəbbüsünü dəstəkləyib

Energetika Materials 28 Noyabr 2008 17:48 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 28 noyabr/ Trend , müxbir S.Qurbanov/ "Azərbaycan BMT tərəfindən transmilli boru kəmərlərinin təhlükəsizliyi məsələsi üzrə zəmanətin alınmasının zəruriliyi barədə Türkmənistanın təşəbbüsünü dəstəkləyib", - Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov cümə günü Aşqabadda ilk rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə keçirilmiş görüşün yekunları üzrə bildirib.

"Beynəlxalq təşkilatlar barədə danışarkən ... tranzitin [karbohidrogen ehtiyatlarının] təhlükəsizliyi məsələsində bizi dəstəklədiyinə görə İlham Heydər oğluna [Əliyevə] minnətdarlıq etmək istərdim", - Berdıməhəmmədov keçirilmiş görüşlərin yekunu üzrə jurnalistlərə bildirib. 

2008 - ci ilin sentyabrında Nyu -Yorkda BMT Baş Assambleyasının 63 - cü sessiyasında Türkmənistanın təklif etdiyi "Beynəlxalq boru kəmərlərinin təhlükəsizlik zəmanətləri haqqında" xüsusi Konvesiya müzakirə edilib.

Rəsmi Aşqabadın rəyinə görə, müvafiq mexanizm işlənilərsə, BMT transkontinental enerji arteriyalarının çəkilməsinin, xammalın dövlətlərarası magistral boru kəmərləri ilə təhlükəsizlik və maneəsiz tranzinin siyasi - hüquqi təminatçısı kimi çıxış edə bilər.

Ekspertlər hesab edirlər ki, Konvensiyanın vacibliyi 6 -7 mlrd. dollar qiymətləndirilmiş Türkmənistan - Pakistan - Hindistan qaz kəmərinin çəkilməsi layihəsi ilə bağlıdır. Plana görə, marşrut bir neçə onilliklərdir ki, silahlı qarşıdurma şəraitində yaşayan Əfqanıstandan keçir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti