...

SOCAR şirkəti "Ələtdəniz" yatağında yeni neft quyuları qazmağa hazırlaşır

Energetika Materials 1 Dekabr 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir E.İsmayslov/ İlin əvvəlindən SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) "Ələtdəniz" yatağında iki yeni neft quyusu qazmağa başlayacaq. Bu barədə bazar ertəsi SOCAR-da işlərə yaxın mənbədən bildiriblər.

Quyulardan biri "Ələtdniz -18" platformasında qazılacaq. Yeni quyunun layihə dərinliyi 3800 metr təşkil edəcək. Sutkalıq debit 70-80 ton səviyyəsində proqnozlaşdırılır.

İkinci neft quyusu "Ələtdəniz-63" platformasından qazılacaq. Onun layihə dərinliyi də 3800 metrə bərabərdir, nəzərdə tutulan sutkalıq debiti isə, təqribən 80 ton neft təşkil edir.

"Ələtdəniz" yatağı 1986 -cı ildən istismar olunur. SOCAR geoloqlarının qiymətləndirməsinə görə, yataqda mümkün neft ehtiyatları 1,8 mln. ton təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti