...

Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 5 Dekabr 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir A.Bədəlova/ Dekabrın 4 - də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $44,03/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR - dan (Azərbaycan Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən $0,9 /barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR - dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də $41,68/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,36/barel azdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı -Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 4-də $39,17/barel təşkil edib və bu əvvəlki qiymətdən $0,76/barel azdır.

Dekabrın 4-də Şimal dənizindən hasil edilən etalon növlü Brent Dated neftinin 1 barelinin qiyməti $42,25/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $0,85/barel azdır.

Müəlliflə əlaqə ünvanı: [email protected]

.

Xəbər lenti

Xəbər lenti