...

SOCAR şirkəti 2010-cu ilin sonunadək Gürcüstanın qaz bazarının təqribən 80-85 faizini əhatə etmək niyyətindədir

Energetika Materials 12 Dekabr 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) sosial abunəçi qruplarının qaz ilə təminatı barədə memorandum çərçivəsində gələn il ərzində Gürcüstana təqribən 452 mln. kubmetr qaz tədarük edəcək. Bu barədə cümə günü şirkətin prezidenti Rövnəq Abdullayev bildirib. Abdullayev deyib ki, kommersiya istehlakçılarına tədarük ediləcək həcm hələ müəyyən olunmayıb.

"SOCAR 2009-cu ildən 2010-cu ilin sonunadək olan dövrdə şəxsi tədarükləri hesabına Gürcüstanın qaz bazarının təqribən 80-85 faizini əhatə etmək niyyətindədir", - deyə Abdullayev bildirib. Hazırda imzalanan memoranduma müvafiq olaraq müqavilə hazırlanır.

Noyabrın ortalarında Gürcüstanın Energetika Nazirliyi ilə SOCAR arasında Gürcüstana qaz tədarükü barədə beş illik memorandum imzalanıb. Bu gün Gürcüstanın qaz bazarının təqribən 70 faizi liberallaşdırılıb. Təqribən bazarın üçdə birinə fiksajlanmış qiymət tətbiq olunur. Bu qruplara Gürcüstan əhalisi və bəzi digər abunəçi təbəqələri daxildir.

SOCAR qaz tədarükü üçün korporasiya yaratmaq fikrindədəir. Korporasiya Rusiya qazının tranzitindən, eləcə də Cənubi Qafqaz boru kəməri ilə Azərbaycan qazının tranzitindən Gürcüstana çatan qazı və Azərbaycanın "Şahdəniz" yatağından bu ölkəyə satılan kommersiya qazını qəbul edəcək.

SOCAR tərəfindən yaradılan korporasiya Gürcüstanın paylayıcı şəbəkələrinə qaz satacaq ki, bu da beş il ərzində əhali üçün onun qiymətinin dəyişməz qalmasına imkan yaradacaq. Beş il başa çatdıqdan sonra Gürcüstanın bütün qaz bazarı liberallaşdırılacaq.

Beş il ərzində fiksajlanmış qiymətə qaz satışı üçün Gürcüstana 5,15 mlrd. kubmetrdən çox mavi yanacaq tələb olunur. Bu həcmin təqribən 4,3 mlrd. kubmetrini Gürcüstanın tranzit xidmətindən alacağı qaz və "Şahdəniz" yatağından əldə edəcəyi kommersiya yanacağı təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti