...

Qazaxıstan xaricdə iri NEZ-in tikintisini dondurub

Energetika Materials 18 Dekabr 2008 14:12 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 dekabr/ Trend , müxbir K.Konırova/ "Qazaxıstan Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanlarında neft emalı müəssisələrinin tikintisi layihəsini dondurub", - "KazMunayqaz" şirkətinin prezidenti Karigeldı Kabıldin cümə axşamı mətbuat konfransında deyib.

"Dünya böhranı ilə əlaqədar, bu gün şirkətlər prioritetlərini - maliyyələri hara yatırmağı müəyyən edəcəklər", - Kabıldin qeyd edib. Onun sözlərinə görə, bu gün "KazMunayqaz"ın prioritetlərindən biri Qazaxıstandakı üç NEZ-in istehsal gücünün genişləndirilməsidir.

Əvvəllər bildirilirdi ki, Ceyhanda yeni NEZ-in gücü 15 mln. ton təşkil etməlidir. Layihə 5 mlrd. dollar qiymətləndirilirdi. Layihənin iştirkaçıları aşağıdakılar olub: "KazMunayqaz" SC, Oil İndia(Hindistan), Calik Enerji(Türkiyə) və Eni(İtaliya).

Ceyhanda NEZ-in tikintisini 2012-ci ildə başa çatdırmaq planlaşdırılırdı. Burada neft məhsullarının geniş spektrinin istehsalı planlaşdırılırdı: yüksək oktanlı benzinin bütün növləri, mazut, dizel yanacağı, aviasiya kerosini və neft kimyası məhsulları.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti