...

Dekabrın 25-nə Azərbaycan neftinin qiyməti

Energetika Materials 26 Dekabr 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend , müxbir A.Bədəlova/ Dekabrın 25-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $37,67/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, miladbayramları ilə bağlı olaraq alqı - satqının olmamasına görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən dəyişməz qalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri - Çıraq - Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 25 - də $36,59/barel təşkil edib.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 25 - də $32,53/barel təşkil edib.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti dekabrın 25 - də $33,66/barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti