...

Xəzər regionu Aİ üçün böyük əhəmiyyət kəsb edir – Estoniya prezidenti

Energetika Materials 8 Yanvar 2009 15:00 (UTC +04:00)
Xəzər regionu Aİ üçün böyük əhəmiyyət kəsb edir – Estoniya prezidenti

Azərbaycan, Bakı, 08 yanvar/ Trend , müxbir E.Tariverdiyeva/ "Xəzər regionu enerji ehtiyatlarının tədarükünün diversifikasiyası məsələsində Avropa İttifaqı ölkələri üçün böyük əhəmiyyət kəsb edir", - Estoniya prezidenti Toomas Hendrik İlves Trend -a müsahibəsində bildirib.

"Aİ, Xəzər regionu ilə bağlı layihələrin müzakirəsi üçün istehsalçı-ölkələr [qaz] və tranzit dövlətlərlə sammit təşkil etmək niyyətindədir", - noyabrda Azərbaycanda keçirilmiş Bakı Enerji Sammitinin bəyannaməsinə qoşulmuş ölkə - Estoniyanın başçısı deyib.

İlvesin sözlərinə görə, "Nabukko" qaz kəməri və "Odessa-Brodı-Plotsk-Qdansk" neft kəməri layihələri Estoniyanı enerji ehtiyatları ilə təmin etməsə də, Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib əhəmiyyət daşıyır.

"Buna görə də, bu layihələr Estoniya üçün də prioritetdir", - İlves hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti