...

Rusiya ilə Ukrayna arasındakı qaz böhranı həllini tapmasa, Aİ sanksiyalar tətbiq edə bilər – Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri

Energetika Materials 14 Yanvar 2009 03:38 (UTC +04:00)

Fransa, Strasburq, 14 yanvar/ Trend , müxbir A.Məhərrəmli/ Rusiya ilə Ukrayna arasındakı qaz böhranı öz həllini tapmasa, Aİ sanksiyalar tətbiq edə bilər. Bu sözləri Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Yaçex Sariuş Volski çərşənbə axşamı qurumun sessiyası çərçivəsində qaz böhranına həsr olunmuş iclasında deyib.

O, qeyd edib ki, vəziyyət indiki formada davam edərsə, Avropa Parlamenti Aİ Nazirlər Şurasına sanksiyaların tətbiqi təklifini irəli sürəcək.

Komitə sədri hər iki tərəfi qarşılıqlı ittihamlardan əl çəkməyə çağıraraq onların diqqətini soyuq qış mövsümündə soyuqdan donan insanların taleyinə yönəldib.

Bu gün keçirilən iclasda Rusiya Dumasının sədr müavini Valeriy Yazev, Dumanın beynəlxalq əlaqələr Komissiyasının sədri Konstantin Kosaçov, Ukrayna Radasının Avropa İnteqrasiyası üzrə Komissiyasının sədri Boris Tarasyuk iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti