...

Ukrayna Rusiya qazının əsaslandırılmış baza dəyərini açıqlayıb

Energetika Materials 15 Yanvar 2009 19:26 (UTC +04:00)

Ukrayna, Kiyev, 15 yanvar/ Trend , müxbir Z.Novosvitski/ 2009-cu ilin birinci rübündə Rusiya qazının Ukrayna üçün əsaslandırılmış baza qiyməti, tranzit dərəcəsi 2,2 dollar olmaqla, 192,6 dollardan, tranzit dərəcəsi 2,47 dollar olmaqla, 218,8 dollaradək tərəddüd etməlidir, - Ukrayna prezidentinin beynəlxalq enerji məsələləri üzrə müvəkkili Boqdan Sokolovskiyə istinadən, dövlət başçısının mətbuat xidməti xəbər verir.

Onun sözlərinə görə, Ukrayna tərəfinin təqdim etdiyi qazın qiyməti və tranzit dərəcəsinin iqtisadi əsaslandırma və Mərkəzi və Qərbi Avropa ölkələrində mövcud real qiymətlərlə müqayisə əsasında hesablanmasının bir neçə variantından söhbət gedir.

Sokolovski vurğulayıb ki, Ukrayna tərəfi qiymət təklifinin formalaşdırılması zamanı Ukrayna və Rusiya prezidentlərinin 2008 - ci ilin fevralında əldə etdikləri razılaşmalar, iki ölkə hökuməti rəhbərinin imzaladığı memorandum və "Naftoqaz Ukrayna" şirkətinin rəhbərliyi ilə "Qazprom" ASC-nin bağladığı Ukrayna üçün qazın bazar qiymətlərinə üçillik tədrici keçid dövrü haqqında sazişdən çıxış edib.

Sokolovskinin sözlərinə görə, Ukrayna tərəfi hər bir rəqəmi "Qazprom" ASC və Avropa ölkələrinin qaz şirkətləri arasında mövcud olan müvafiq müqavilələrdə qeydə alınmış qiymət parametləri əsasında, açıq və şəffaf şəkildə izah etməyə hazırdır.

"Bununla yanaşı, qeyd etmək istəyirəm ki, Rusiya tərəfi danışıqlar prosesində Ukraynaya iqtisadi əsaslandırma və sağlam düşüncəyə zidd olan qiymət təklif edir, - Sokolovski vurğulayıb. - Şübhəsiz, əsas kimi Rusiya tərəfinin təklif etdiyi 235-250 dollar qiyməti götürsək, o zaman tranzit dərəcəsi təxminən 3,6- 4 dollar olmalıdır. Belədə , Rusiya tərəfi açıq şəkildə qaz sahəsində bütün əvvəlki razılaşmalardan imtina etməsini elan etməlidir".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti