...

ABŞ 2010 - cu ildə qazın qiymətinin artacağını proqnozlaşdırır

Energetika Materials 15 Yanvar 2009 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir A.Bədəlova/ ABŞ - ın Dövlət Enerji İnformasiyası İdarəsinin (EİA) məlumatına əsasən, NYMEX birjasında (Nyu -York) qiymətləndirilən Henry Hub qovşağında təbii qazın spot qiyməti 2010 - cu ildə 1 min kubmetrinə görə 232,05 dollaradək artacaq.

EİA - nın məruzəsində deyildiyi kimi, gözləmələrə əsasən, ABŞ iqtisadiyyatının bərpası ÜDM - in illik hesablamada iki faizlik artımı ilə 2010 - cu ildə başlayacaq. 2009 - cu ildə ÜDM - in ümumdünya artımı 0,6 faiz, 2010 - cu ildə 3 faiz proqnozlaşdırılır.

EİA - nın proqnozlarına görə, 2009 - cu ildə təbii qaza ümumi tələbat 1 faiz azalacaq, 2010 - cu ildə 0,7 faiz artacaq.

Pis iqtisadi şəraitlə bağlı, qaza zəif tələbat, daxili istehsalın güclü artımı ilə bərabər, mavi yanacağın qiymətində bir müddət əvvəlki azalmaya səbəb olub və güman ki, bu azalma 2009 - cu ildə də qalacaq, - məruzədə deyilir.

EİA - nın proqnozlarına görə, qazın qiyməti 2008 - ci ildə 1 min kubmetrə görə 319,55 dollardan 2009 - cu ildə 202, 3 dollaradək azalacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti