...

Beynəlxalq Energetika Agentliyi 2009-cu ildə dünyada neftə tələbat proqnozunu azaldıb

Energetika Materials 16 Yanvar 2009 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend müxbir A.Bədəlova/ 2009-cu ildə dünyada neftə tələbat sutkada 0,5 mln. barel (altı faiz) - 2008-ci ildə sutkada 85,8 mln. barelə qarşı 85,3 mln. barlədək azalacaq, - Beynəlxalq Energetika Agentliyinin (BEA) məruzəsində deyilir. Məruzə qurumun rəsmi saytında yerləşdirilib.

2009 - cu ildə dünyada neftə tələbat proqnozu sutkada 1 mln. barel azaldılıb.  Məruzədə deyildiyi kimi, neftə tələbatın iki il ərzində (2008-2009) gözlənilən azalması 1982 və 1983-cü illərdən  bəri ilk dəfə olacaq.

BEA 2009-cu ildə  OPEK-ə daxil olmayan ölkələrdən neft tədarükləri proqnozunu da azaldıb - sutkada 30 min barel. Yeni proqnozlara əsasən, 2009-cu ildə bu ölkələrin neft tədarükləri 2008-ci ildə sutkada 49,5 mln. barelə qarşı 50 mln. barel təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti