...

Ukrayna üçün qazın min kubmetri təxminən 240-250 dollar təşkil edəcək – Ali Radanın sədri

Energetika Materials 19 Yanvar 2009 17:07 (UTC +04:00)

Ukrayna, Kiyev, 19 yanvar/ Trend , müxbir Z.Novsvitski/

"Ukrayna üçün qazın bir min kubmetri  240-250 dollar təşkil edəcək", - Ukrayna parlamentinin sədri Vladimir Litvin bazar ertəsi mətbuat konfransında deyib.

"Bütün sənədlər imzalansa, 2009 - cu il üçün qiymət təxminən 240-250 dollar təşkil edəcək", - Litvin qeyd edib.

Əvvəl xəbər verildiyi kimi, rus qazının Ukraynaya tədarükü üzrə sənədlərin imzalanması bu günə planlaşdırılıb.

Ukrayna üçün qazın və tranzit tarifinin qiyməti üzrə razılıq Moskvada Ukrayna və Rusiya Baş nazirləri Yuliya Timoşenko və Vladimir Putinin bazar günü gecə başa çatan danışıqlarından sonra əldə olunub.

Razılaşmalara əsasən, Ukrayna 2009-cu ildə Rusiyadan qazı Avropa qiymətindən 20 faiz aşağı qiymətlə ala bilər. Bununla yanaşı, Rusiya Federasiyası,2008-ci ildə olduğu kimi, qazın tranziti üçün güzəştli tarifdən yararlanacaq.

2009-cu ilin ilk rübündə Ukrayna ilə qonşu ölkələr üçün min kubmetr qazın qiyməti 470 dollar təşkil edir. 2008-ci ildə Kiyev qazın min kubmetrini 179,5 dollara alıb.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün [email protected]

Xəbər lenti

Xəbər lenti