...

Avropaya Xəzər qazının alınması üçün daha aktiv fəaliyyətə keçmək lazımdır – Azərbaycan parlamentinin vitse-spikeri

Energetika Materials 23 Yanvar 2009 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir S.Əliyev/

Xəzər qazının Avropaya çatdırılması üçün Avropanın istehlakçı ölkələrinin bu məsələdə daha aktiv fəaliyyətə keçmələri lazımdır, - Azərbaycan parlamentinin vitse-spikeri, Parlamentin Ekologiya, Təbii ehtiyatlar və Energetika komissiyasının sədri Valeh Ələsgərov cümə günü Xəzər İnteqrasiya Biznes Klubunun (CİBC) üzvləri ilə görüşdə bildirib.

"Avropa ölkələrinə enerji ehtiyatlarına malik ölkələrin öz qazını Avropa bazarında satmaqda maraqlı olması üçün səmərəli, əlverişli şərait yaratmaq lazımdır", - Ələsgərov hesab edir.

Onun sözlərinə görə, Azərbaycan artıq təsdiq edib ki, o, enerji ehtiyatlarının dünya bazarlarında çıxarılması layihələrinin realizəsində etibarlı tərəfdaşdır. Ölkə Bakı - Tbilisi - Ceyhan neft kəməri və Bakı - Tbilisi - Ərzurum qaz kəməri kimi bir sıra böyük layihələri realizə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti