...

Türkmənistan Tacikistana elektrik enerjisi təminatını bərpa edib

Energetika Materials 2 Mart 2009 19:00 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 02 mart / Trend , müxbir E.Həsənov / "Regionda əsas elektrik enerjisi ixracatçısı olan Türkmənistan, Tacikistana elektrik enerjisi təminatını bərpa edib. Onlar ilin əvvəlində dayandırılmışdı", - rəsmi türkmən mənbəyi məlumat verib.

Onun sözlərinə görə, enerji təminatı alıcının tranzit ölkə - Özbəkistanla danışıqlarının uzanması üzündən dayandırılmışdı.

Tacikistan ötən il olduğu kimi enerji böhranına düşmüşdü ki, bu da enerji istehlakında hiss ediləcək məhdudiyyətlərə gətirib çıxartmışdı. Ölkənin uzaq rayonları bir neçə gün elektriksiz qalıb.

Müşahidəçilər tranzit problemlərini rəsmi Daşkəndin Düşənbənin xarici sərmayələr hesabına Rodoqundakı regionun ən böyük hidrostansiyasını tikib başa çatdırmaq planlarına ehtiyatla yanaşması ilə bağlayır. Bunun bir sıra qonşu ölkələrin aqrosənaye kompleksinin su təminatına təsir edə biləcəyi gözlənilirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti