...

Dünya iqtisadiyyatının bərpası qısa müddətə neft tədarükünün həcminin azaldılmasına gətirib çıxara bilər - BEA

Energetika Materials 5 Mart 2009 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir А.Bədəlova /  

"Dünya maliyyə böhranı enerji daşıyıcılarına sərmayələrin azalmasına, qiymət və tələbin düşməsinə gətirib çıxarıb, ancaq dünya iqtisadiyyatının gözlənilməz bərpası qısa müddətli perspektivdə neft tədarükünün həcmini məhdudlaşdıra bilər", - Beynəlxalq Enerji Agentliyinin (BEA) rəsmi saytında yerləşdirdiyi materiallarda deyilir. BEA-nın proqnozlarına görə, 2010-cu ildə iqtisadi durumun yaxşılaşdırılması sayəsində neftə dünyəvi tələbat xeyli artacaq ki, bu da neft tədarükündə çatışmazlığa gətirib çıxara bilər.

BEA-nın məruzəsində deyilir ki, maliyyə məhdudiyyətləri və aşağı tələbat enerji resurslarının tədarükünə sərmayələrin azalmasına və hasilatın aşağı düşməsinə gətirib çıxarıb.

BEA 2007-2030-cu illərdə enerji resursları tədarükünə ümumi sərmayələrin həcmini 26 trilyon dollar, yaxud ildə bir trilyon dollar həcmində proqnozlaşdırır. Ancaq məruzədə o da qeyd olunur ki, kreditin məhdudlaşdırılması xərclərin qarşısında maneə kimi dura bilər.

BEA yaxın perspektivdə enerji daşıyıcılarına tələb və qiymətlərin azalmasını proqnozlaşdırır.

Proqnozlara görə, 2009-cu ildə neftə olan dünyəvi tələbat sutkada bir milyon barel (1,1 faiz) aşağı düşərək, sutkada 84,7 milyon barel təşkil edəcək.   

Ortamüddətli perspektivdə agentlik qiymətlərin mümkün artımını proqnozlaşdırır.

BEA-nın materiallarında deyilənə görə, enerji sektorunda bərpa edilən enerji mənbələri əsas rol oynayacaq ki, onların ümumi həcmdəki payı 2050-ci ildə hazırkı 18 faizdən 50 faizə qədər qalxacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti