...

ABŞ 2010-cu ildə bir barel neftin orta qiymətini 53 dollar səviyyəsində proqnozlaşdırır

Energetika Materials 12 Mart 2009 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Bədəlova /

ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) 2010-cu ildə Amerikanın bir barel WTI markalı yüngül neftinin orta qiymətini 53 dollar səviyyəsində proqnozlaşdırır.

EIA-nın mart məruzəsində bildirilir ki, dünya iqtisadiyyatının düşməsi neftin qiymətinin iki dəfədən çox - 2008-ci ildə qeydə alınan bir barel üçün 100 dollardan 2009-cu ildə qeydə alınan 42 dollaradək azalmasına səbəb olub.

EIA-nın məruzəsində bildirilir ki, qısa müddətli perspektivdə dünya üzrə neft qiymətlərinin gələcək dinamikası əsasən dünya iqtisadiyyatının bərpa müddəti və tempindən asılı olacaq. EIA-nın gözləmələrinə görə, dünya iqtisadiyyatı 2009-cu ilin sonlarında bərpa olunmağa başlayacaq. Gələn il dünya üzrə ÜDM artımı 2,6 faiz proqnozlaşdırılır.  

Çərşənbə axşamı, martın 10-da aparılan alqı-satqının nəticələrinə görə, Nyu-York Əmtəə Birjasında (NYMEX) apreldə tədarük olunacaq WTI-nin fyuçers qiyməti 1,36 dollar düşərək bir barel üçün 45,71 dollara çatıb.

Dövlət Enerji İnformasiyaları İdarəsi ABŞ-ın Enerji Departamentinin strateji agentliyidir, 1977-ci ildə Konqres tərəfindən yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti