...

Azərbaycanda əsas istehlakçıların mazut ehtiyatı 22,8 faiz artıb

Energetika Materials 16 Mart 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend Capita l/

"Martın 1-nə olan məlumata əsasən, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatı 340,4 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22,8 faiz çoxdur", - Dövlət Statistika Komitəsindən məlumat verilib.

Martın 1-nə olan məlumata görə, avtomobil benzini üzrə ehtiyatlar 18,4 min ton təşkil edib ki, bu ötən ildəki göstəricidən 28,7 faiz artıqdır.

Əsas istehlakçılarda dizel ehtiyatları hesabat dövründə 13,3 min ton olub. Bu 2008-ci ilin göstəricilərindən 23,1 faiz yüksəkdir.

Maye qazın həcmi bir min ton olub. Bu, ötənilki rəqəmdən 7,1 faiz çoxdur.

Əsas istehlakçılarda daş kömür ehtiyatı 6,4 min tona çatıb ki, bu da 2008-ci ilin analoji dövr göstəricisindən 2,8 dəfə artıqdır.

Xəbər lenti

Xəbər lenti