...

Bakıda Avropa İttifaqının enerji sektorundakı vəziyyət müzakirə olunacaq

Energetika Materials 31 Mart 2009 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend /

Energetika, enerji təhlükəsizliyi və infrastrukturunun (neft, qaz, elektroenergetika) inkişafı üzrə qarşılıqlı anlaşma memorondumu, Avropa İttifaqının energetika sektorundakı vəziyyəti, həmçinin strateji enerji hesabatları aprelin 1-də Aİ-nin energetika, nəqliyyat və ətraf mühit məslələri üzrə Alt Komitəsinin Bakıda keçirilən iclasında müzakirə ediləcək. Müzakirələr Azərbaycanın və Aİ-nin Sənaye və Energetika nazirlikləri tərəfindən imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə çərçivəsində keçiriləcək. 

Nazirliyin çərşənbə axşamı yaydığı məlumata əsasən, iclasda həmçinin Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində energetika, nəqliyyat, ətraf mühit məsələləri müzakirə olunacaq.

İclasda Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin başçısı Alan Vaddams, Avropa Komissiyasının nümayəndələri Endryu Bernard, Aili Rubilis, Jan Lui Lavrov, Kristofer Ross və digərləri iştirak edəcək.

İclasda həmçinin İqtisadi İnkişaf, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri nümayəndələrinin, Azərbaycan Dövlət Neft Şirkəti, "Azərenerji" SC, "Azəriqaz" SC, "Azərbaycan Hava Yolları" SC, "Azərsu" SC və digər dövlət strukturlarının iştirakı da gözlənilir.

Xəbər lenti

Xəbər lenti