...

Azərbaycan, Gürcüstan və Türkiyə energetika sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Energetika Materials 8 Aprel 2009 14:37 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə energetika sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Gürcüstan, Tbilisi, 08 aprel / Trend , müxbir N.Kirtsxalia /

Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinə dəstək çərçivəsində "Azərenereji", "Gürcüstan dövlət enerji sistemi" şirkətləri və Türkiyənin Elektrik Enerjisinin Transmissiyası Korporasiyası arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi "Enerji körpüsü" (Power Bridge) layihəsini ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) maliyyələşdirir.

USAID və ABŞ-ın Enerji Assosiasiyası birgə maliyyə və texniki yardımı həyata keçirirlər. Onlar "Azərenereji", "Gürcüstan dövlət enerji sistemi" şirkətləri və Türkiyənin Elektrik Enerjisinin Transmissiyası Korporasiyası ilə birgə yüksək gərginlikli regional şəbəkə modelini hazırlayırlar.

İşçi qrup hər üç ölkədə yüksək gərginlikli şəbəkələrin işini təhlil edəcək və regional perspektivlər planında sərmayələrin eyniləşdirilməsini həyata keçirəcək ki, bu da elektrik enerjisi şəbəkələrinin gücünü və mübadiləsini, satışı yaxşılaşdırmağa imkan verəcək. Bu, bütün sistemin təhlükəsizliyini optimallaşdıracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti