...

2009-2013-cü illərdə Azərbaycanın neft-qaz yataqlarında geoloji kəşfiyyat prosesləri sürətləndiriləcək

Energetika Materials 16 Aprel 2009 13:42 (UTC +04:00)
2009-2013-cü illərdə Azərbaycanın neft-qaz yataqlarında geoloji kəşfiyyat prosesləri sürətləndiriləcək

Azərbaycan, Bakı, 16 aprel / Trend /

2009-2013-cü illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının enerji sektoru üzrə əsas istiqamətlərindən biri neft-qaz hasilatı, nəqli və emalı sahəsində infrastrukturun yenidən qurulması və müasirləşdirilməsindən ibarətdir. Bu barədə Dövlət Proqramında bildirilir.

Proqram çərçivəsində həmçinin, yeni neft-qaz yataqları və perspektivli strukturlarda geoloji kəşfiyyatının sürətləndirilməsi və onların istismara hazırlanması nəzərdə tutulub.

Proqramda bildirilir ki, 2009-2013-cü illərdə qaz ilə təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması da planlaşdırılır.

Proqramın əsas bəndlərindən biri də, enerji sektorunda sahibkarlığa dəstəkdir.

2009-2013-cü illərdə ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə genişləndiriləcək.

Ölkə bölglərinin elektrik enerjisinə tələbatının artması səbəbindən əlavə istehsal obyektləri yaradılacaq. Proqram çərçivəsində həmçinin, yeni elektrik stasiyalarının tikintisi, elektrik ötürücü xətlərin və yarımsatnsiyaların yenilənməsinin davam etdirilməsi nəzərdə tutulur.

2009-2013-cü illər proqramının fəaliyyət planı çərçivəsində alternativ və bərpa olunan enerji mənbələri potensialının istiqamətlərinin müəyyən edilməsi üçün elimi-tədqiqat və layihə-kəşfiyyat işləri təşkil olunacaq.

Bu istiqamətdə işləri Azərbaycanın Sənaye və Energetika Nazirliyi aparacaq.

Fəaliyyət planı çərçivəsində Sənaye və Energetika Nazirliyi alternativ enerji mənbələrindən səmərəli istifadə məqsədilə bu istiqamətdə müvaiq tədbirlər həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti