...

Azərbaycan Prezidenti ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında fərman imzalayıb

Energetika Materials 16 Aprel 2009 20:20 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə fərman imzalayıb. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Fərmanda Nazirlər Kabinetinə iki ay ərzində fəaliyyətdə olan qanunvericilik aktlarının "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası qanununa uyğunlaşdırılması barədə təklifləri hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Bununla yanaşı, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyətli orqanlarının hüquqi-normativ aktlarının sözügedən qanuna uyğun hazırlamaq, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanunun pozulduğu halda məsuliyyət növlərini təyin edən qanunvericilik aktının hazırlanması tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti