...

İraqın xam nefti İranda emal ediləcək

Energetika Materials 18 Aprel 2009 17:20 (UTC +04:00)

İranın neft naziri Qulam Hüseyn Nozari Mehr informasiya agentliyinə verdiyi müsahibədə bildirib ki, İraq tərəfi ilə bu ölkənin xam neftinin İranın Abadan şəhərindəki neft emalı zavodunda emalı haqda danışıqlar aparılır.

"Hazırda İraq rəsmiləri ilə bu ölkənin xam neftinin İranın Abadan şəhərində emal olunması ilə bağlı müzakirələr aparılır. İraq tərəfi buna hazır olduğunu bildirib. Razılaşma baş tutarsa, İraq nefti İranda emal olunacaq", -deyə Nozəri bildirib.

İranın Adaban neft-qaz emalı zavodunda İraq neftinin emal edilməsi məqsədi ilə yeni terminalın tikintisinə başlanılıb.

İranın Xuzistan əyalətinin Abadan şəhəri İraqın Bəsrə şəhərinin 30 km şərqində yerləşir.

Xəbər lenti

Xəbər lenti