Azərbaycan, Bakı, 12 may / Trend , müxbir A.Bədəlova /
Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke hesab edir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu yüksəkdir.
Ureke bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından NATO üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan, onun sözlərinə görə, iri neft və qaz istehsalçılarından biridir.
Rumıniya səfiri dövlətin tranzit ölkə kimi imkanlarını da yüksək qiymətləndirib.
"Azərbaycan əsasən Mərkəzi Asiyadan Avropaya enerji daşıyıcılarının nəqli zamanı tranzit ölkə olmaq üçün lazımi potensiala malikdir", - deyə çərşənbə axşamı Bakıda keçirilən "Avropa təhlükəsizlik sistemi və NATO" konfransında Ureke bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevralda Azərbaycan ilə Rumıniya arasında mal dövriyyəsi 1,6 mln. dollar təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]