...

Yunanıstan Azərbaycan qazını birinci olaraq əldə etmək istəyir – xarici işlər nazirinin müavini

Energetika Materials 12 May 2009 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir N.İsmayılova /

Yunanıstan Azərbaycan qazını Türkiyə ərazisi vasitəsilə birbaşa idxal edəcək ilk Avropa ölkəsi olmaq istəyir. Bu barədə çərşənbə axşamı Bakıda Yunanıstanın xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis bildirib.

"Hazırda Yunanıstan Azərbaycan qazını optimal bazar qiymətləri ilə - qazın Avropada satıldığı qiymətlər ilə alır, lakin biz Azərbaycan qazını birbaşa alacaq ilk ölkə olmaq istəyirik", - deyə Varvitsiotis vurğulayıb.

Yunanıstanın Azərbaycandakı səfiri Eoanis Metaksas bildirimişdi ki, Yunanıstan Azərbaycanın müvafiq imkanları olacağı təqdirdə ildə üç mlrd. kubmetr Azərbaycan qazı ala bilər. "Lakin biz başa düşürük ki, Azərbaycanın bu məsələ ilə bağlı bir çox variantları var", - deyə Metaksas qeyd edib.

Hazırda Afina Rusiya və Türkiyədən təbii qaz alır. Türkiyədən Yunanıstana Ankaranın Azərbaycandan aldığı "mavi qaz" satılır. Azərbaycanın Türkiyə ilə tranzit sazişinin və Yunanıstan ilə hökumətlərarası sazişin olmaması səbəbindən Azərbaycan qazı Yunanıstana birbaşa ixrac oluna bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti