...

Yaponiya şirkətləri İranın neft sənayesinə sərmayə yatırmağa hazırdırlar – nazir müavini

Energetika Materials 23 May 2009 14:10 (UTC +04:00)

İran, Tehran, 23 may / Trend /

Yaxın günlərdə Yaponiya şirkətlərindən nümayəndə heyəti enerji sahəsində əməkdaşlıq perspektivlərni müzakirə etmək məqsədi ilə İrana səfər edəcək. Bu barədə şənbə günü İranın neft nazirinin beynəlxalq əlaqələr üzrə müavini Hüseyn Noqrekar Şirazi bildirib. Xəbəri İSNA agentliyi yayıb.

Onun sözlərinə görə, Yaponiya-İran əməkdaşlığı İranın neft sənayesinin bütün sahələrini əhatə edəcək.

"Yaponiyaya son səfərim zamanı bu ölkənin şirkətlərinin İranın neft sənayesinə marağının şahidi oldum. Bəzi problemlərlə bağlı keçmişdə İranda sərmayə yatırmaq istəməyən şirkətlər belə, indi İranın neft sənayesinə sərmayə yatırmaq niyyətindədirlər", - deyə Şirazi bildirib. 

Şirazi "İnpeks" şirkətinin İranın Azadeqan yataqlarında iştirakını yarımçıq qoymasına münasibət bildirərək deyib ki, "İnpeks Azadeqandakı fəaliyyətini öz istəyi ilə dayandırıb, şirkət bu işi ilə özünə ziyan vurub.

"Hazırda Azadeqan yatağını özümüz inkişaf etdiririk. Biz planlarımızın icrasında hansısa şirkətin iştirakını gözləməyəcəyik", - deyə Noqrekar Şirazi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti