...

Dağıstanda "Bakı-Novorossiysk" neft kəmərindən oğurlanan xammalı emal edən mini-NEZ ləğv edilib

Energetika Materials 27 May 2009 13:51 (UTC +04:00)

"Rusiya DİN-in iqtisadi təhlükəsizlik departamentinin (İTD) əməkdaşları tərəfindən Dağıstan ərazisində "Bakı-Novorossiysk" neft kəmərinə növbəti icazəsiz müdaxilə aşkar edilib. Bu müdaxilə "AK Transneft" QSC tərəfindən edilib", - RF DİN İTD-nin mətbuat xidmətindən məlumat verilib, RBK xəbər verir.

Kaytaq rayonunda kəmərə icazəsiz müdaxilə və bu zaman əldə edilən neftin emal edildiyi mini-zavod aşkar edilib. NEZ-in ərazisində neft-emalı qurğusu, yeddi sənaye və iki əldəqayırma qab aşkar edilib. Onların içərisində təxminən 100 ton xam neft və 20 ton neft məhsulu olub. Ekspertiza bu neftin kəmərdəki ilə eyni olduğunu üzə çıxarıb. Avadanlıqdan istifadə hüququnu təsdiq edən sənədlər zavod rəhbərində olmayıb.

Bu fakt üzrə RF CM-nin 158-ci maddəsinin 3-cü bəndi (oğurluq) və 175-ci maddəsinin 3-cü bəndi üzrə (cinayət yolu ilə əldə edilmiş əmlakın alınması və ya satışı) cinayət işi qaldırılıb. Neft kəməri üzərindəki obyektlərdə cinayətlərin ortaya çıxarılması üzrə əməliyyat-tədqiqat fəaliyyətləri davam etdirilir.

DİN-də qeyd edilib ki, 2009-cu ilin yanvar-aprel aylarında kəmərdən neft oğurluğunun qarşısının alınması üzrə görülən tədbirlər nəticəsində, bu istiqamətdəki cinayətlərin səviyyəsi ümumilikdə 13 faiz azalıb. 248 icazəsiz müdaxilə faktı ortaya çıxarılıb ki, onlardan 76-sı xammal neft kəmərinə, 172-si neft məhsulları nəql edilən kəmərə icazəsiz müdaxilə üzrə həyayat keçirilib. 160 nəfər və 107 ədəd avtonəqliyyat saxlanılıb.

Xəbər lenti

Xəbər lenti