...

Azərbaycanda neft hasilatını 60 milyon ton, qaz hasilatını isə 34 milyard kubmetrə qədər artırmaq olar - SOCAR-ın birinci vitse-prezidenti

Energetika Materials 4 İyun 2009 12:42 (UTC +04:00)
Azərbaycanda neft hasilatını 60 milyon ton, qaz hasilatını isə 34 milyard kubmetrə qədər artırmaq olar - SOCAR-ın birinci vitse-prezidenti

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir E.İsmayılov /

"Azərbaycanda neft hasilatını 60 milyon ton, qaz hasilatını isə 34 milyard kubmetrə qədər artırmaq olar. 2008-ci ildə bu rəqəmlər 44,5 milyon ton və 23,4 milyard kubmetrə bərabər olub", - cümə axşamı SOCAR şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən neft konfransı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın təsdiqlənmiş karbohidrogen ehtiyatları 4 milyard ton neft ekvivalenti, proqnoz isə 8-10 milyard tondur.

"2015-ci ilə qədər SOCAR "Babək", "Zəfər-Məşəl", "Naxçıvan", D-8 və D-10 perspektivli neft-qaz strukturlarında işlərə başlaya bilər", - Yusifzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti