...

Azərbaycan neftinin qiyməti: 8-12 iyun həftəsinin yekunları

Energetika Materials 16 İyun 2009 14:02 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 8-12 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir A.Bədəlova /

8-12 iyun həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $71,39/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,69/barr çoxdur.

8-12 iyun həftəsində AZERI LT neftinin maksimal qiyməti $73,25/barr, minimal qiyməti isə $69,38/barr təşkil edib.

8-12 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $68,69/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,03/barr çoxdur.

8-12 iyun həftəsində URALS neftinin maksimal qiyməti $70,61/barr, minimal qiymət isə $66,51/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

8-12 iyun həftəsində Brent Dated neftinin orta qiyməti $66,64/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3 /barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $71,46/barr, minimal qiymət isə $67,52/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti