Azərbaycan, Bakı, 17 iyun / Trend /
Böyük Britaniyanın Surface Active Solutions şirkəti Ekol Mühəndislik Xidmətləri QSC (mühəndis xidmətləri) üçün Bakıda mikroemulsiyanın (reagent) təqdimatını edib ki, bu da neft, neft şlamı və su qarışığının ayırılmasında effektiv vasitə ola bilər. Bu barədə Ekol-un məlumatında deyilir.
Azərbaycan şirkətinin mütəxəssisləri təklif olunan reagentin texniki şərtləri və xarakteristikası ilə tanış olacaqlar və QSC tərəfindən götürülmüş nümunələr sınaqdan keçiriləcək.
Böyük Britaniya şirkəti xüsusi örtük-aktiv maddələrin istifadə edilməsi ilə tullantıları məhdudlaşdırmaq üzrə xidmətlər və çirkab sularından istifadə və onları zərərsizləşdirmək üçün mühəndis avadanlıqlarını təklif edir. Şirkət neft-kimya tullantılarının təmizlənməsi sferasında təcrübəyə malikdir.
2006-cı il martın 1-də Abşeron yarımadasında mövcud olan ekoloji problemləri həll etmək üçün yaradılmış Ekol-un həmtəsisçiləri SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) (51 faiz) və Lancer S.A. Services (49 faiz) şirkətləridir.