...

"Azərkimya" və "Petkim" əməkdaşlığın perspektivlərini müzakirə edib

Energetika Materials 23 İyun 2009 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend /

"Azərkimya" kimyəvi məhsullar istehsalı üzrə dövlət şirkəti və Türkiyənin neft-kimya kompleksi "Petkim" Bakıda əməkdaşlığın qurulması və onun gələcək inkişafı məsələsini müzakirə ediblər", - dövlət şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu məsələlər "Azərkimya"nın prezidenti Məcid Kərimov və "Petkim" direktorunun köməkçisi  Bülent Sunayın Bakıdakı görüşü zamanı müzakirə edilib.

Görüş zamanı türk kompleksinin nümayəndələri Azərbaycanda neft-kimya məhsulları və gübrə istehsalı üzrə yeni kompleksin yaradılması layihəsi ilə tanış olublar.

Yeni neft-kimya kompleksində qazı separasiya yolu ilə təmizləyən xammal qurğusu, ammiak və karbamid istehsalı qurğusu, buxar krekinqi qurğusu, müxtəlif növ olefin, poliolefin və aromatik neft-kimya məhsullarının istehsalı üzrə çoxsaylı qurğuların tikilməsi nəzərdə tutulur.

Bu qurğularda istehsal olunmuş məhsullar digər kənd təsərrüfatı sahələrini tikinti konstruksiyaları, plastik borular və profillər, boyalar, laklar və həlledicilər, reagnetlər, rezin və müxtəlif profilli sintetik materiallar, mebel avadanlıqları, çoxsaylı məişət avadanlığı, sənaye və məişət təyinatlı qablarla təmin etməklə ölkənin daxili tələbatını ödəyəcək.

2008-ci ildə SOCAR/Turcas Petrol/Injaz Projects şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya Holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkimin inkişafına yatıracaqları sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

Xəbər lenti

Xəbər lenti