...

Çin "Türkmənqaz" dövlət konserninə milyardlarla dollar həcmində kredit verib

Energetika Materials 25 İyun 2009 11:33 (UTC +04:00)
Çin "Türkmənqaz" dövlət konserninə milyardlarla dollar həcmində kredit verib

Türkmənistan, Aşqabad, 25 iyun / Trend , müxbir H.Həsənov /

Çinin Dövlət İnkişaf Bankı "Türkmənqaz" dövlət konserninə 4 milyard dollar həcmində kredit verib. Sözügedən müqavilənin imzalanması ÇXR-nın Dövlət Şurası Baş nazirinin müavini Li Ketsyanın Aşqabada səfəri çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən qəbulu ərəfəsində həyata keçirilib.

Türkmənistan hökuməti əvvəlcə bildirimişdi ki, ÇXR ilə dünyanın dördüncü böyük qaz yatağı olan Cənubi İolotanda təbii qaz ehtiyatlarının istifadə edilməsi məqsədilə üç milyard dollar kredit alınması üzrə razılığa gəlinib. Proqnozlaşdırılan ehtiyatlar 4-14 trilyon kub metr qaz təşkil edir.

İki ölkə tikintisi Özbəkistan və Qazaxıstan ərazisində aparılan ümumi qaz kəməri layihəsi ilə bir-birinə bağlıdırlar.

Gücü ildə 30-40 milyard kubmetr olan qaz kəməri ilə qazın nəqli gələn ilin əvvəlinə panlaşdırılıb, ilkin buraxılış gücü 5 milyard kub metr yanacaq təşkil edir.

Xəbər lenti

Xəbər lenti