...

SOCAR və BP Xəzərdə iki strukturun işlənməsi üzrə memorandum imzalayıblar (ƏLAVƏ)

Energetika Materials 13 İyul 2009 17:30 (UTC +04:00)
SOCAR və BP Xəzərdə iki strukturun işlənməsi üzrə memorandum imzalayıblar (ƏLAVƏ)

Azərbaycan, Bakı, 13 iyul / Trend /

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Britaniyanın BP şirkəti bazar ertəsi Londonda Xəzərin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" strukturlarının birgə kəşfiyyatı və işlənməsi barədə həmrəylik haqqında memorandum imzalayıblar. Bu barədə BP-dən bildiriblər.

Memorandum BP-yə Bakıdan 125 km cənub-şərqdə yerləşən blokun kəşfiyyatı və işlənməsi üzrə PSA tipli müqavilə bağlamağa görə danışıqlar aparmağa eksklüziv hüquq verir. Blokda daha əvvəl kəşfiyyat aparılmayıb. Yeddi min metrlik rezervuar dərinliyində olan blok suyun 650-800 metr dərinliyində yerləşir.

Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və "BP Exploration and Production"-nın rəhbəri Endi İnqlis imzalayıb.

BP Azərbaycanda əsas xarici neft sərmayədarlarından biridir. Şirkət "Azəri-Çıraq-Günəşli" blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə layihəyə rəhbərlik edir. BP həm də "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin operatorudur.

Xəbər lenti

Xəbər lenti